Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya Qadınlar Liqasında sonuncu - 26-cı turun rəmzi komandasına seçilib.
Sportinfo.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
"Zenit"in 22 yaşlı müdafiəçisi SSKA ilə matçdakı (0:1) çıxışına görə fərqləndirilib.
O, Moskva təmsilçisi ilə görüşdə start heyətində meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.
"Zenit" 2025/2026 mövsümünü 52 xalla 3-cü pillədə başa vurub. Nigar bu mövsüm 8, 10 və 17-ci turlarda da həftənin rəmz komandasında yer alıb.


