Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununda da qələbə qazanıb.
Sportinfo.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Qazaxıstana qalib gəlib.
Çimkənd şəhər stadionunda baş tutan matç Azərbaycan millisinin 1:0 hesablı üstünlüyü ilə bitib. Qolu 82-ci dəqiqədə Nigar Mirzəliyeva rəqib komandanın qapısından keçirib.
Komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb.
Qazaxıstan (Qadınlar) - Azərbaycan (Qadınlar) 0:1
Qol: Nigar Mirzəliyeva, 82
Hakimlər: Roziyabonu Yusupova, Kristina Sereda, Xayriniso Erkiniva, Gulşoda Saidkulova (Özbəkistan)
Çimkənd şəhər stadionu

