
“Qarabağa səfərimizin əsas məqsədi qadın futbolunun nüfuzunu ictimaiyyət arasında daha çox tanıtmaq, həmçinin, güclü varlığını nümayiş etdirməkdir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri AFFA-nın qadın futbolu departamentinin direktoru Zümrüd Ağayeva “CBC Sport”a açıqlamasında deyib.
Qurum rəsmisi Gənclər və idman nazirliyinin birgə təşəbbüsü ilə avqustun 16-da qadınlardan ibarət yığma komandanın “Zəfər Yolu” sosial layihəsi çərçivəsində işğaldan azad olunmuş bölgələrə səfərindən söz açıb:
“Prezident İlham Əliyevin 2024-cü ilin yekunlarına həsr edilən tədbirdə qeyd edib ki, idmançılar nə qədər bölgələrə çox səfər etsələr, o qədər də yaxşı o
lacaq. Biz də bu çağırışa qoşulara, Qarabağa səfər edən ilk qadınlardan ibarət milli komanda olmağın qürurunu yaşayırıq.
Bu torpaqlar təkcə bizim üçün idman tədbiri deyil, həm də milli-mənəvi dəyərlərimiz baxımından çox mühim rol oynayır”.