Millimizin futbolçusu ermənilər üzərində qələbədə iştirak etdi

4 Avqust 2025 03:10 Qadın futbolu 679
Millimizin futbolçusu ermənilər üzərində qələbədə iştirak etdi

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Milana Rəhimovanın formasını geyindiyi Şimali Makedoniyanın “Lyuboten” klubu UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə yüksəlib.

Sportinfo.az xəbər verir ki, Rəhimovanın komandası 1-ci təsnifat mərhələsinin final oyununda Ermənistan təmsilçisi “Pünik” üzərində 4:0 hesablı qələbə qazanıb.

Hava Mustafanın pokerə imza atdığı Skopyedəki qarşılaşmada meydana start heyətində daxil olan Rəhimova 90 dəqiqəni əvəz edilmədən keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 20:00 Çək və bizə göndər!