"Neftçi"nin baş məşqçisi: “Bizi səhv etməyə məcbur etdi”

1 Avqust 2025 04:50 Qadın futbolu 854
"Neftçi"nin baş məşqçisi: “Bizi səhv etməyə məcbur etdi”

"Neftçi" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Fomget”lə (Türkiyə) görüşdə xarakter göstərərək sona qədər vuruşub.

Sportinfo.az xəbər verir ki, bunu klubun mətbuat xidmətinə açıqlamasında paytaxt təmsilçisinin qadın futbolçulardan ibarət komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis daha əvvəl çalışdırdığı qardaş ölkə təmsilçisinin xeyli gücləndiyini vurğulayıb:

“Rəqibi yaxşı tanıyırdım. Çünki bundan əvvəl “Fomget”də çalışmışdım. Lakin demək olar ki, komandanın yarısı yenilənmişdi, heyət xeyli güclənmişdi.

Yeni oyunçuların bir çoxu qadın futbolunda güclü olan milli komandaların üzvləri idi. Üstəlik, rəqib bu hazırlıq dönəmində heç bir oyun keçirməmişdi deyə, hansı sürprizlə qarşılaşacağımız müəmmalı idi.

Bununla belə, biz də rəqibin gücünə uyğun oyun planı seçmiş və maksimum hazırlaşmışdıq. Qol buraxmadan rəqibi cəzalandırmaq istəyirdik.

Fikrimcə, komandamız xarakter göstərdi, sonadək vuruşdu. Amma təəssüf ki, bəlli vaxtlarda rəqibin keyfiyyəti üzə çıxdı və bizi səhv etməyə məcbur etdi.

Bu səhvlərdən sonra qollar buraxdıq. Halbuki bizim də şanslarımız oldu.

Düşünürəm ki, fürsətləri dəyərləndirə bilməməyimizin əsas səbəbi heyətdə gənc futbolçuların çoxluq təşkil etməsidir. Məncə, komanda gələcəkdə daha yaxşı nəticələr göstərə bilər”.

Albaniyanın paytaxtı Tiranada təşkil olunan "Fomget" - "Neftçi" matçı Türkiyə klubunun 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM