“Neftçi” Çempionlar Liqasında Türkiyə komandasına uduzdu

00:50 Qadın futbolu 395
“Neftçi” Çempionlar Liqasında Türkiyə komandasına uduzdu

Qadın futbolçulardan ibarət "Neftçi" Çempionlar Liqasında ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” I təsnifat mərhələsinin IV qrupunda "Fomget" ilə üz-üzə gəlib.

Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda qardaş ölkə təmsilçisi ilə Albaniyanın paytaxtı Tiranada oynayıb.

"Neftçi" qalib gələcəyi halda, növbəti görüşdə "Kiryat"la (İsrail) üz-üzə gələcəkdi. Fəqət, qarşılaşma rəqib komandanın üstünlüyü ilə keçib.

"Fomget" 2:0 hesabı ilə qalib gəlib. Və türklər II təsnifat mərhələsinə yüksəlib.

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarətdir. “Neftçi”yə qalib gələn “Fomget” finalda İsrail təmsilçisi “Kiryat”la üz-üzə gələcək.

"Fomget" (Türkiyə) - "Neftçi" 2:0
Baş hakim:
Hanna Layanen (İsveç)
Tirana. "House of Football Natural Pitch" stadionu

Digər Xəbərlər
Xəbər Lenti