“Neftçi”nin önünə yeni baş məşqçi ilə çıxacaqlar - TƏYİNAT

3 İyul 2025 01:10 Qadın futbolu 2 802
“Neftçi”nin önünə yeni baş məşqçi ilə çıxacaqlar - TƏYİNAT

Qadın futbolçulardan ibarət “Neftçi” komandasının UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi “Fomget”in yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Türkiyə klubu rəsmi saytı vasitəsilə Hasan Vuralın təyinatını açıqlayıb.

Ankara təmsilçisi komandanı Türkiyə çempionluğuna daşıyan Cumali Enginarla ötən həftə yollarını ayırmışdı.

Qeyd edək ki, “Fomget”lə “Neftçi” arasında I təsnifat mərhələsinin yarımfinal oyunu iyulun 30-da keçiriləcək. Bu cütün qalibi avqustun 3-də eyni arenada İsrailin “Kiryat” kollektivi ilə final matçına çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM