
"Neftçi"nin qadın futbolçulardan ibarət komandasının Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi IV qrupda Türkiyənin “Fomget” klubu ilə üz-üzə gələcək.
I təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq.
"Neftçi" yarımfinalda Türkiyə klubunu yenəcəyi təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək. Bu görüşdə qələbə qazanan tərəf isə II təsnifat mərhələsinə vəsiqə qazanacaq.
IV qrupun oyunları Türkiyə, İsrail və ya Azərbaycanda keçiriləcək ki, bu da tərəflər arasında razılşamaya əsasən müəyyənləşəcək.
I təsnifat mərhələsinin yarımfinal matçları iyulun 30-da, final görüşləri isə avqustun 3-də keçiriləcək.