“Azərbaycan millisinə dəstəyimi göstərdim, motivasiya verdim”

30 May 03:50 Qadın futbolu 189
“Azərbaycan millisinə dəstəyimi göstərdim, motivasiya verdim”

Azərbaycanın dünya şöhrətli karateçisi Rafael Ağayev qadınlardan ibarət millinin düşərgəsinə baş çəkməklə futbolçulara dəstək nümayiş etdirib.

Sportinfo.az xəbər verir ki, o, “report”a açıqlamasında komandaya motivasiya verdiyini söyləyib.

R.Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan yığmasının Litva ilə keçirəcəyi matçı izləməyə çalışacağını vurğulayıb:

“Milli üzvləri ilə görüşə dəvət olunmuşdum. Komandaya dəstəyimi göstərdim, motivasiya verdim.

Müzakirələrimiz ancaq motivasiya məqsədi daşıyırdı. Söz verdim ki, vaxtım olarsa, oyunlara baxacam.

Litva ilə qarşılaşmanı izləmək istəyərdim, niyə də olmasın? Həm qadınlardan, həm də kişilərdən ibarət yığmalarımıza dəstək vermək lazımdır. Hər biri fəxrimizdir”.

Azərbaycan – Litva görüşü mayın 30-da Bayıl stadionunda, saat 18:00-da keçiriləcək.

Xəbər Lenti
30 May 03:00 Bunlar da boşandılar