Barbara, Fatimə, Ayan...

23 Aprel 2025 08:20 Qadın futbolu 840
Barbara, Fatimə, Ayan...

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Qaxda 14 yaşadək qızlar arasında "Qızlar Futzal Kuboku" keçirilib.

Sportinfo.az xəbər verir ki, Qax Olimpiya İdman Kompleksində təşkil edilən turnirdə 5 komanda mübarizə aparıb.

5 №li tam orta məktəb turnirin qalibi olub. II və III yerləri müvafiq olaraq 2 №li tam orta məktəb və 1 №li tam orta məktəb tutub.

2№li tam orta məktəbin şagirdi Barbara Barixaşvili 5 qolla turnirin ən məhsuldar oyunçusu olub.

5 №li tam orta məktəbin şagirdi Fatimə Qudayeva ən yaxşı oyunçu, 1№li tam orta məktəbin şagirdi Ayan Şıxəmirli isə turnirin ən yaxşı qapıçısı seçilib.

İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb.

Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, U-19 (qızlar) milli komandanın baş məşqçisi Həbib Ağayev, U-17 (qızlar) milli komandanın baş məşqçisi Nərgiz Qurbanova və U-15 (qızlar) milli komandanın baş məşqçisi Gülənbər Qasımova təqdim ediblər. İştirakçılar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatları ilə təmin olunublar.

Layihə təşkilində əsas məqsəd gələcəkdə AFFA U-15 Qızlar liqasına və aşağı yaş qrupu üzrə milli komandalara yeni qız futbolçuların cəlb edilməsidir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM