"Azərbaycanın matçlarına baxmışam, yaxşı səviyyədə oynayırlar"

4 Aprel 2025 09:20 Qadın futbolu 897
"Azərbaycanın matçlarına baxmışam, yaxşı səviyyədə oynayırlar"

Litvanın qadınlardan ibarət komandasının baş məşqçisi Tomas Rajanauskas Millətlər Liqasının C4 qrupunda Azərbaycan yığması ilə Vilnüsdə (4 aprel) keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan litvalı mütəxəssis millimizlə görüş haqda bunları deyib:

"Həmişə olduğu kimi, əhval-ruhiyyə yaxşıdır. Bütün futbolçuları gözləyirik.

Ümid edirik ki, onların hamısı sağlam və hazır olacaq. Azərbaycan millisi haqda nəsə demək çətindir.

Onların Portuqaliya və İsveçrə kimi güclü rəqiblərə qarşı oyunlarına baxmışıq. Azərbaycanlıların futbolçularının güclü liqalarda oynaması da faktdır.

Bu görüşdə məqsədimiz? Hər matça xal qazanmaq üçün çıxırıq. Hamı istəkli olmalıdır".

Litva - Azərbaycan oyunu aprelin 4-də keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM