
Azərbaycanın qadınlardan ibarət U-19 millisi Avropa çempionatının 2-ci seçmə mərhələsində 2-ci oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan millimiz meydan sahibi Albaniya yığması ilə üz-üzə gəlib.
Eqnatiyada yerləşən “Rrogozhine” stadionunda təşkil olunan qarşılaşmanı italiyalı baş hakim idarə edib. Matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
U-19 daha əvvəl Şimali İrlandiyaya da 0:4 hesabı ilə uduzub. Millimiz sıfır xalla qrupda sonuncudur.
U-19 qrupda son oyununu fevralın 24-də Monteneqro millisinə qarşı keçirəcək.
Albaniya (U-19 Qadınlar) - Azərbaycan (U-19 Qadınlar) 4:0
Qollar: Ndoj, 23, 47, Vasa, 56, 70
Baş hakim: Martina Molinaro (İtaliya)
Baş hakimin köməkçiləri: Stefania Signorelli (İtaliya), Andreea Daniela Şuşcă (Rumıniya)
Dördüncü hakim: Roxana Recorean (Rumıniya)
Rrogozhine stadionu.