COP29

“Azərbaycan yığmasını məğlub etmək və bu şəhərdəki ilk matçımızda qazanmaq istəyirik”

25 May 22:40 Qadın futbolu 397
“Azərbaycan yığmasını məğlub etmək və bu şəhərdəki ilk matçımızda qazanmaq istəyirik”

"Bu matçda ən böyük gücümüz azarkeşlərimiz olacaq.

Ərzincanlı qardaşlarımızın tribunaları doldurmasını istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə millisinin qapıçısı Fatma Şahin Avropa çempionatının seçmə mərhələsində Azərbaycan komandasına qarşı keçirəcəkləri oyunla bağlı federasiyanın rəsmi saytına açıqlamasında deyib.

33 yaşlı qolkiper görüşə yaxşı hazırlaşdıqlarını bildirib:

"Ərzincana gəldiyimiz üçün xoşbəxtik. Bir çoxumuz daha əvvəl burada olmamışıq.

Gözəl mühitlə qarşılaşdıq. Stadion həqiqətən çox yaxşıdır. Komanda olaraq motivasiyalıyıq.

Bundan əlavə, Ərzincan futbol tarixində ilk dəfə millinin oyununa ev sahibliyi edəcək. Bu da bizə qismət oldu.

Azərbaycan yığmasını məğlub etmək və bu şəhərdəki ilk matçımızda qələbə qazanmaq istəyirik.

Mayın 31-dəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Azərbaycan millisi iyunun 4-də Türkiyə yığmasını qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"