Azərbaycanın yığması bu dəfə qrup liderinə uduzdu

13 Aprel 2022 00:40 Qadın futbolu 552
Azərbaycanın yığması bu dəfə qrup liderinə uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda E qrupunda Danimarkanın qonağı olub.

Viborq şəhərindəki eyniadlı stadionda oynanılan qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində qolları 2-ci dəqiqədə Stine Larsen və 76-cı dəqiqədə Karen Holmqor vurublar.

Bu qələbədən sonra xallarını 24-ə çatdıran Danimarka millisi liderliyini qoruyub. 3 xala malik Azərbaycan yığması isə sonuncu - altıncı pillədə qərarlaşıb.

Danimarka – Azərbaycan 2:0
Qol: Stine Larsen, 2. Karen Holmqaard, 76.
Hakimlər: Silvia Dominqos, Olqa Almeyda, Kristina Moreyra Kosta, Filipa Pereyra Kunha (Portuqaliya).
Viborq stadionu.

Xal durumu: Danimarka – 24, Rusiya – 15, Monteneqro – 9, Bosniya və Herseqovina – 7, Malta – 4, Azərbaycan – 3

Digər Xəbərlər
Xəbər Lenti