Millinin baş məşqçisi 0:8 hesablı rüsvayçılığa necə "don geyindirdi"?

22 Sentyabr 2021 00:42 Qadın futbolu 1 336
Millinin baş məşqçisi 0:8 hesablı rüsvayçılığa necə "don geyindirdi"?

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Danimarka yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 0:8 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun olacağını bilirdik. Rəqibin gücü hamıya bəllidir, qrupda keçirdiyi ilk oyunda böyükhesablı qələbə qazanmışdı.

Xüsusən, fiziki cəhətdən güclü komandadır. Eyni zamanda hava toplarından daha çox istifadə edirdilər.

Nəticədə bu üstünlüklərindən istifadə edib qələbə qazanmağı bacardılar. Bu cür oyunlardan sonra futbolçuları digər oyunlara kökləmək çətindir.

İlk iki oyunumuz qrupun lider komandalarına qarşı oldu. Bu oyunlardan nəticə çıxarıb digər rəqiblərlə oyunlara köklənməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM