Qazaxıstanda təlim-məşq toplanışında olan qadın Azərbaycan millisi bu gün ikinci yoldaşlıq görüşünü keçirəcək.
Sportinfo.az xəbər verir ki, A milli Qazaxıstan yığması ilə qarşılaşacaq. Çimkənd şəhər stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.
Matçı Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.
Bu komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda millimiz 2:1 hesablı qələbə qazanıb.
13:00. Qazaxıstan (Qadınlar) - Azərbaycan (Qadınlar)
Hakimlər: Roziyabonu Yusupova, Kristina Sereda, Xayriniso Erkiniva, Gulşoda Saidkulova (Özbəkistan)
Çimkənd şəhər stadionu

