Azərbaycanlı qızlara burada yer var - “Torpedo” və “Traktor”

18 İyun 2025 02:20 Qadın futbolu 1 525
Azərbaycanlı qızlara burada yer var - “Torpedo” və “Traktor”

İyunun 25-dən iyulun 2-dək Minskdə təlim-məşq toplanışında olacaq qadın futbolçulardan ibarət Azərbaycan komandasının Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının yeri, başlanma vaxtı və hakimləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, iyunun 28-də Jodinodakı “Torpedo” stadionunda keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

İyulun 1-dəki qarşılaşma isə Bakı vaxtı ilə saat 17:00-da Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.

Hər iki matçı rusiyalı Vera Opeykina idarə edəcək. Ona həmyerliləri Yekaterina Kuroçkina və İrina Çeçenina köməklik göstərəcəklər.

Ehtiyat hakim funksiyasını isə belaruslu Volqa Blotskaya yerinə yetirəcək.

Millimizin toplanış üçün heyəti barədə daha sonra məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM