COP29

Azərbaycan bu gün Türkiyə ilə üz-üzə gələcək – “İnkişaf”da

7 May 11:40 Qadın futbolu 360
Azərbaycan bu gün Türkiyə ilə üz-üzə gələcək – “İnkişaf”da

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, yığma ABFF Təlim-Məşq Mərkəzində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.

U-17 ilk iki görüşdə Belarus (1:3) və Qazaxıstana (2:2, penaltilərlə 1:4) məğlub olub.

Türkiyə isə həm Qazaxıstan (5:0), həm də Belarus (3:1) yığmaları üzərində qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti