AFFA təşkil etdi, “Bahar” Qum kəndinin qızlrına nəsib oldu

21 Aprel 03:00 Qadın futbolu 850
AFFA təşkil etdi, “Bahar” Qum kəndinin qızlrına nəsib oldu

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Qaxda 12 yaşadək qızlar arasında “Bahar turniri” keçirilib.

Sportinfo.az xəbər verir ki, Qax Olimpiya İdman Kompleksində təşkil edilən turnirdə 6 komanda mübarizə aparıb.

Qum kənd tam orta məktəbi turnirin qalibi olub. II və III yerləri isə müvafiq olaraq, 2 nömrəli məktəb-lisey və Qorağan kənd tam orta məktəbi tutub.

Qum kənd tam orta məktəbin şagirdi Ülkər Yusifova 6 qolla turnirin ən məhsuldar oyunçusu olub. 2 nömrəli məktəb-liseyin şagirdi Sevil Babayeva ən yaxşı oyunçu,

Qum kənd tam orta məktəbin şagirdi Sevinc Şahmalıyeva isə turnirin ən yaxşı qapıçısı seçilib. İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb.

Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, U-19 (qızlar) milli komandanın baş məşqçisi Həbib Ağayev və U-17 (qızlar) milli komandanın baş məşqçisi Nərgiz Qurbanova təqdim ediblər.

İştirakçılar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatları ilə təmin olunublar.

Layihənin təşkilində əsas məqsəd gələcəkdə AFFA U-13 Qızlar liqasına və aşağı yaş qrupu üzrə milli komandalara yeni qız futbolçuların cəlb edilməsidir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!