Azərbaycanlı qızlar meydanda Qayaya rast gələcək

29 May 2025 03:20 Qadın futbolu 1 326
Azərbaycanlı qızlar meydanda Qayaya rast gələcək

Qadınlardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsində Litva ilə keçirəcəyi son oyunun hakimləri müəyyənləşib.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qitə futbol qurumu yığmamızın son matçına İsraildən olan hakimlər briqadasını göndərib.

Bayıl stadionunda keçiriləcək qarşılaşmanı Sapir Qaya Berman idarə edəcək. Ona Mey Moalem və Nofar Çava Skorka yardım göstərəcək. 4-cü hakim funksiyasını Şada Dahamşi yerinə yetirəcək.

Mayın 30-da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM