İTV AVRO-2024-ün finalına görə üzr istədi - VİDEO

16 İyul 2024 03:10 Problem 684
İTV AVRO-2024-ün finalına görə üzr istədi - VİDEO

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Avropa Çempionatının final oyununun yayımı zamanı yaranmış texniki problemə görə tamaşaçılardan üzr istəyib.

Sportinfo.az xəbər verir ki, bu barədə telekanalın rəsmi feysbuk hesabında paylaşım edilib.

Bildirilib ki, efirdən əvvəl edilən test zamanı bu kimi problem qeydə alınmayıb: “Vəziyyətin yaranma səbəbkarı birbaşa İTV olmasa da, problemin aradan qaldırılması üçün tərəfimizdən müvafiq addımlar atıldı.

Təəssüf edirik ki, qısa müddət ərzində texniki nasazlığı aradan qaldırmaq mümkün olmayıb.

Belə bir mötəbər turnirin yayımında hər bir qüsurun izləyicilərin haqlı narazılıqlarına səbəb olduğunu anlayır və bir daha yaranmış vəziyyətdən narahatlıq yaşamış tamaşaçılarımızdan üzr istəyirik”.

Qeyd edək ki, yayım zamanı səs və görüntü uyğunsuzluğu sosial şəbəkələrdə tənqid edilib.

Belə ki, şərhçi qarşılaşmanı birbaşa Almaniyadan şərh etdiyi üçün səs və görüntü arasında təxmini 3-5 saniyə fərq hiss olunub.

Müzakirələri əsasən İspaniya millisinin üzvü Niko Uilyamsın qol vurduğu kadrın şərhdən bir neçə saniyə sonra yayımlanması ətrafında aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır