"Bəli, əla oyunçudur, lakin hər zaman ona arxalanmamalısız"

5 Dekabr 2022 10:20 Problem 553
"Bəli, əla oyunçudur, lakin hər zaman ona arxalanmamalısız"

"Yuventus" və İtaliya millisinin veteran futbolçusu Klaudio Markizio Argentina millisinin DÇ-2022-nin 1/8 final mərhələsində Avstraliya ilə matçdakı qələbəsini şərh edib.

Sportinfo.az xəbər verir ki, Markizio cənubi amerikalıların yalnız Messiyə arxalanmasının doğru olmadığını bildirib:

“Argentina millisi yalnız Messinin ümidinə qalır. Bəli, o, əla oyunçudur. Lakin hər zaman ona arxalanmamalısınız.

Qapıçı Emiliano Martinez argentinalıları bir neçə dəfə qoldan xilas etdi. Əgər o, olmasaydı, Avstraliya oyunu əlavə vaxta apara bilərdi. Digər futbolçular da özlərini göstərməlidir".

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır