UEFA-dan “Ferençvaroş”a cəza kəsdi, “Qarabağ“la bağlı bu tələbi etdi

6 Avqust 2022 02:30 Problem 3 800
UEFA-dan “Ferençvaroş”a cəza kəsdi, “Qarabağ“la bağlı bu tələbi etdi

UEFA azarkeşlərin davranışına görə “Ferençvaroş”u cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, qərar “Slovan”la Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilmiş iki oyunun nəticəsinə əsasən verilib.

Azarkeşlərin irqçi davranışına görə Macarıstan klubu UEFA-nın himayəsi altında keçirilən növbəti matçda stadionun bağlanması və 15 min avro məbləğində cərimə və ilə cəzalandırılıb.

Bundan əlavə, “Ferençvaroş” avqustun 9-da “Qarabağ“la keçiriləcək ÇL-in cavab matçında “#NoToRacism” (“İrqçiliyə yox”) yazısı olan pankart asmalıdır.

Kluba növbəti səfər matçı üçün bilet satışı da qadağan edilib.

Bundan əlavə, “Ferençvaroş” atəşfəşanlıq, kənar əşyalar atma, təxribat xarakterli təhqiredici şüarlar kimi hərəkətlərə görə 50 min avro cərimələnib.

Həmçinin klub ictimai keçidləri bağladığına görə daha 14 min avro ödəməli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır