Kadinin ağlı “Qarabağ”da deyil - QƏSDƏN OYNAMIR?

6 İyul 2022 17:40 Problem 4 461
Kadinin ağlı “Qarabağ”da deyil - QƏSDƏN OYNAMIR?

Kadi Borgesin fikri başqa yerdədir.

12 qol vurdu, Premyer Liqanın bombardiri oldu. Azərbaycanda mövsümün ən yaxşı legioneri seçildi.

Guya böyük iş gördü.

Gözü ayağının altını görmür ta!

Deyəsən, «Qarabağ»ın İsraildən gələn təklifi bəyənməməsi braziliyalı yarımmüdafiəçinin xətrinə dəyib.

Ötən ilin yayında 110 min dollar qarşılığında Portuqaliyadan Azərbaycana gəlməyə razılaşan Kadi «Hapoel»də bundan üç dəfə artıq qazanmaq fürsətinı əlindən qaçırmasına görə təəssüflənir, onu yadından çıxarmır.

Poznandakı axşamı onun «Qarabağ» formasıyla keçirdiyi ən bərbad gün adlandırmaq olar. Baş məşqçidən aldığı tapşırıqların heç birini yerinə yetirmədi, yetirə bilmədi.

Top ayağına gəldi, başına gəldi, harasına gəldi - hamısında ən pisini etdi.

Bu işin içində «gecə yatmayıb» söhbəti yoxdur, «Hapoel»in təklifinin rədd olunmasının qıcığı, əsəbi, hikkəsi var.

Qurban Qurbanov Kadi ilə təkbətək danışıqda bu «kitab»ı qapatmasa, «Qarabağ» ziyanını qarşıdakı həftələrdə də çəkəcək.

Kadi heç nədən rəqib qapısına təhlükəli vəziyyət yaradan, qol vuran, oyunun axarını dəyişən, ekstremal vəziyyətlərdə səhnənin mərkəzində görünə bilən, fərqli qərarlar qəbul etməyi bacaran özəl simadır.

Qurbanov adamı təcili olaraq göydən alıb yerə endirməlidir. Abdullah Zubirdə olmayan keyfiyyətlər braziliyalıda var - uzaqdan sərrast zərbə endirmək, topla sürətli hərəkət etmək kimi.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti