UEFA prezidenti “Real”ı pişiyə bənzətdi: ”Yeddi canı var”

18 May 2022 10:20 Problem 660
UEFA prezidenti “Real”ı pişiyə bənzətdi: ”Yeddi canı var”

UEFA prezidenti Aleksander Çeferin “Real” Madridlə münasibətindən danışıb.

Sportinfo.az xəbər verir ki, o “Kral klubu” ilə heç bir probleminin olmadığını deyib.

“Hazırda klub rəhbərliyi ilə əlaqəm də yoxdur. Amma “Real”ın Çempionlar Liqasının finalında olması UEFA-nın himayəsi altında keçirilən yarışın şəffaflığının sübutdur.

“Real” və “Barselona” kişilər və qadınlar arasında Çempionlar Liqası finallarına yüksəlib. Heç kim onlara mane olmayıb“, deyə qurumun rəhbəri bəyan edib.

Çeferin, həmçinin madridlilərin təcrübəli komanda olduqlarını da vurğulayıb.

“Yarımfinalda “Real”ın “Mançester Siti”yə qalib gələ biləcəyinə şübhə edirdim. Xüsusən də ilk oyunda uduzduqdan sonra.

Ancaq görünür, onların pişiklər kimi yeddi canı var. Təcrübəli komandadır. Fikrimcə, “Real”ın müdafiəsi kifayət qədər zəifdir.

Amma onların barəsində dəfələrlə danışdığım inanılmaz Kərim Benzeması var. Məncə, Kərim futbol tarixinin ən çox qiymətləndirilməyən futbolçularından biridir. Luka Modriç isə yaşlandıqca daha da yaxşılaşır”, – deyə Çeferin bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu