Azərbaycan klubları Libertadores Kubokunun qalibini istəyir

20 May 2020 10:10 Premyerliqa 711
Azərbaycan klubları Libertadores Kubokunun qalibini istəyir

Azərbaycan klubları kolumbiyalı Alexandro Bernala təklif göndərib.

Sportinfo.az xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi "Ligadeportiva" nəşrinə açıqlamasında bildirib.

Lakin o, komandaların adlarını çəkməyib. Forvard başqa klublardan da təkliflərin olduğunu söyləyib. Bernal deyib ki, hansısa komandanın təklifini qəbul etməzdən əvvəl nəzərə alınmalı çox şey var.

Alexandro Bernal son olaraq ölkəsində "Atletiko Bukaramanqa"un formasını geyinib. Hazırda azad agent olan oyunçu 2014-cü ildə "Atletiko Nasyonal"ın heyətində Kolumbiya liqasının, 2012, 2013 və 2016-cı illərdə isə ölkə kubokunun qalibi olub. Bernal 2016-cı ildə bu komanda ilə Libertadores Kubokunu da qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı