Azərbaycan klublarının pulu yoxdur, getməyə dəyməz!

4 Aprel 2020 15:18 Premyerliqa 812
Azərbaycan klublarının pulu yoxdur, getməyə dəyməz!

"Lokomotiv"in baş məşqçisi Levan Korqalidze "Lelo" nəşrinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Tbilisi klubunun 40 yaşlı çalışdırıcısı koronavirus pandemiyasının futbola təsirindən sonra gürcü futbolçuların Qazaxıstan və Azərbaycan çempionatlarına yollanmayacağını deyib:

"Təəssüf ki, İngiltərə Premyer Liqası və digər yüksək çempionatlar Gürcüstandan olan futbolçularla maraqlanmır. Futbolçularımızın tələb olunduğu yerlər - Azərbaycan, Qazaxıstan və bu ölkələrin çempionatlarına bənzər liqalarda problemlər var.

Artıq ora getməyə dəyəcək qədər böyük maaş təklif edilməyəcək. Koronavirus pandemiyası dünyaya təsir etdi. İqtisadiyyat hər yerdə ağır zərbə alıb. Bunun futbol liqalarına mənfi təsir edəcəyi şübhəsizdir".

Levan Korqalidze 1980-ci illərdə Gürcüstan futbolunun məşhur siması Otar Korqalidzenin oğludur. Levan 2019-cu ildən "Lokomotiv"i çalışdırır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!