Premyer Liqada klub sayının artıb-artmayacağı ilə bağlı SON MƏLUMAT

15 Mart 13:20 Premyerliqa 1 492
Premyer Liqada klub sayının artıb-artmayacağı ilə bağlı SON MƏLUMAT

Premyer Liqa iştirakçılarının sayı növbəti mövsümdə də dəyişməyə bilər.

Sportinfo.az-ın AFFA-dan əldə etdiyi məlumata görə, neftin dünya birjasında qiymətində kəskin şəkildə aşağı düşməsi elitada çıxış edəcək klublarının sayının artımını şübhə altına alıb.

Belə ki, yaranmış vəziyyət SOCAR-ın işini bir qədər çətinləşdirib və neftin qiyməti əvvəlkinə səviyyəsinə yaxın qalxmasa, üzümüzə gələn «futbol ili»ndə I Diviziondan yuxarı heç bir komanda buraxılmayacaq. Qısacası, 2016-cı ildən 8 klubun oylağına çevrilən Premyer Liqada yenilik etmək «qara qızıl»ın dəyərə minib-minməməsindən asılıdır.

AFFA-nın güclülər dəstəsində mübarizə aparan klubların sayını 10-a çatdırmaq fikri son günlərə kimi ciddi idi. Qurumun İcraiyyə Komitəsinin ötən ilin yayından bu yana keçirdiyi bütün iclaslarda bu məsələ dönə-dönə müzakirə olunmuş, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov futbol ictimaiyyətinin nümayəndələri ilə görüşündə qətiyyətlə bildirmişdi ki, bölgə təmsilçilərinin «yuxarı eşalon»a yolu açılmaq üzrədir.

Bu mənada «Turan Tovuz»la «Kəpəz»ə «yaşıl işıq» yandırılacağından daha çox danışılırdı. Doğrudur, federasiya mənsubları Premyer Liqada yarışacaq komandaların adını bugünədək çəkməyib, lakin kluarlarda dolaşan xəbərlərdə ən çox qərb təmsilçilərindən söz edilməsi faktdır.

AFFA-ya yaxınlığı ilə bilinən mətbu orqanlar da «Turan»la «Kəpəz»in üzərində dayanır, Tovuz və Gəncədə infrastrukturun yaxşılaşdırılmasına yönəlik çalışmaları önə çəkirdi.

Tovuzda stadion və baza əsaslı təmirə bağlanıb, Gəncədə aşağı yaş qrupları üzrə komandaların yenidən formalaşdırılmasına başlanılıb.

Bunlar göstərir ki, əslində, AFFA-nın «Turan» və «Kəpəz»lə bağlı planı çoxdan var, sadəcə, onu açıqlamağa münasib zaman gözləyirlər. Nəzərdə tutulan yeniliklərin tətbiqi hazırda yalnız AFFA və SOCAR-dan asılı deyil, bunun üçün neftin qiyməti də normala dönməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Aprel 23:30 SMS-lər pulsuz olacaq