"Beşiktaş" 5 futbolçusunu Azərbaycan klublarına verir

7 Fevral 2020 12:16 Premyerliqa 2 242
"Beşiktaş" 5 futbolçusunu Azərbaycan klublarına verir

“Beşiktaş”ın rəsmisi Fırat Fidan heyətdəki gənc oyunçuları ölkəxaricinə göndərmək istədiklərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Fotospor” saytı məlumat yayıb.

Klub rəsmisi komandanın heyətində olan Oğuzhan Akgün, Kerem Kalafat, Oğuzhan Aydoğan, Erdoğan Kaya və İlkay İşler kimi gənc oyunçuları Kosova, Bosniya və Herseqovina və Azərbaycan klublarına bir illik icarəyə göndərmək niyyətində olduqlarını bildirib.

Fırat Fidan bu qərarı futbolçularının daha da inkişaf etməsi və onların təcrübə qazanmaları üçün verdiklərini söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"