Bu gün Premyer Liqada yeni mövsümün püşkü atılacaq

16 İyul 2024 10:40 Premyerliqa 1 312
Bu gün Premyer Liqada yeni mövsümün püşkü atılacaq

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün püşkatma mərasimi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, tədbir saat 15:00-da başlayacaq.

33-cü dəfə təşkil olunacaq yarışın mükafatları uğrunda 10 komanda - “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Səbail”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Şamaxı” mübarizə aparacaq.

Azərbaycan Premyer Liqasında mövsümə avqustun 2-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!