"Qarabağ" derbidə "Neftçi"yə aman vermədi

2 May 2023 21:53 Premyerliqa 1 195
"Qarabağ" derbidə "Neftçi"yə aman vermədi

Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, əzəli rəqiblər "Neftçi" ilə "Qarabağ" birincilərin meydanında üz-üzə gəliblər.

Qarşılaşma çempionatın lideri olan Ağdam klubunun 4:2 hesablı səfər qələbəsi ilə yekunlaşıb.

Qurban Qurbanovun yetirmələri erkən qollarla önə keçiblər. 10-cu dəqiqədə Ramil Şeydayev, 16-cı dəqiqədə isə Leandro Andrade adını tabloya yazdırıb.

Bu azmış kimi, ev sahibləri 31-ci dəqiqədə meydanda azlıqda qalıblar. Vojislav Stankoviç birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

10 nəfərlə çıxış etməsinə baxmayaraq, "Neftçi" fasiləyə qədər qollardan birinin əvəzini çıxıb. Mateus Saldanya komandasını ümidləndirən topun müəllifi olub.

Ancaq braziliyalı hücumçu 54-cü dəqiqədə bu dəfə topu öz qapısından keçirərək, avtoqola imza atıb.

"Ağ-qaralar" yenə təslim olmayıblar. 64-cü dəqiqədə Emin Mahmudov penaltini dəqiq yerinə yetirərək, fərqi yenidən minimuma endirib. Amma bu da qarşılaşmada son qol olmayıb. 80-ci dəqiqədə Abdullah Zubir rəqibi cəzalandırıb.

Nəticədə 2:4 hesabı ilə məğlub olan "Neftçi"nin sona 4 tur qalmış mövsümü bürünc medalla başa vuracağı rəsmiləşib.

61 xalla üçüncü pillədə qərarlaşan bakılılar üçün ikinci sıradakı "Sabah" artıq əlçatmazdır. Lider "Qarabağ" isə xallarının sayını 81-ə yüksəldib.

Turun bundan əvvəlki oyunlarında "Sumqayıt" "Kəpəz"i (1:0), "Turan Tovuz" "Zirə"ni (3:1) səfərdə, "Sabah" "Şamaxı"nı (1:0), "Qəbələ" isə "Səbail"i (4:2) evdə məğlub edib.

2 may
20:00. "Neftçi" - "Qarabağ" 2:4

Qollar: Mateus Saldanya, 40, Emin Mahmudov, 64 (pen) - Ramil Şeydayev, 10, Leandro Andrade, 16, Mateus Saldanya 54 (avtoqol), Abdullah Zubir, 80
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Bakcell Arena".

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 41. Samir Həsənov, 10. Sezar Meza Kolli, 23. Ataa Caber, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski

Baş məşqçi: Laurentsiu Regekampf

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (k), 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!
26 İyun 17:20 Gedənlər: Bu da 5…
26 İyun 16:20 Daha bir yeni müqavilə
26 İyun 04:00 Komandamız çempion oldu