Juninyo dünya çempionatında debüt etdi - VİDEO

Juninyo dünya çempionatında debüt etdi - VİDEO

“Qarabağ”dan ayrılan Olivio Juninyonun çıxış etdiyi “Flamenqo” ABŞ-da təşkil olunan klublararası dünya çempionatının 1/8 finalına vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, D qrupunda yer alan Rio-de-Janeyro təmsilçisi ötən gecə yerli “Los-Anceles” ilə 1:1 hesablı heç-heçə edib.

84-cü dəqiqədə "Los-Anceles"in hücumçusu Denni Buanqa hesabı açıb. İki dəqiqə sonra isə Uolles Yan bərabərliyi təmin edib.

Juninyo 82-ci dəqiqədə meydana çıxaraq, klublararası dünya çempionatında debüt edib.

Ümumilikdə 7 xal toplayan “Flamenqo” qrup lideri kimi mərhələ adlayıb. Qrupdan daha bir vəsiqəyə 6 xala malik "Çelsi" sahib çıxıb.

"Zadəganlar" bu tur "Esperans"ı darmadağın edib - 3:0. Tosin Adarabioyo 45+3-cü, Liam Delap 45+5-ci, Tayrik Corc isə 90+7-ci dəqiqədə fərqlənib.

3 xala malik "Esperans" və 1 xalı olan "Los-Anceles" komandaları qrupda qalıb.

Pey-off mərhələsində “Flamenqo” “Bavariya” ilə, “Çelsi” isə “Benfika” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti