
AFFA İcraiyyə Komitəsi (İK) iyulda növbəti dəfə bir araya gələcək.
Bu barədə federasiyadan saytımıza bildirilib.
Qurumdan redaksiyamıza verilən məlumata görə, ali qərarverici orqanın gələn ayın ortasınadək yığışması gözlənilir.
Dünən toplaşan İK üzvlərinin vaxtı az olduğundan, bəzi məsələlərin müzakirəsi növbəti iclasa saxlanılıb. Bura I və II Liqa ilə bağlı işlər gündəliyə daxil ediləcək.
I Liqada legioner limitinin dəyişdirilməsi, II Liqada iştirakçı sayının müəyyənləşdirilməsi, onlara ayrılacaq maliyyə yardımının məbləğinin artırılıb-artırılmaması və kimi mövzular masaya yatırılacaq.
SPORTİNFO.AZ