
ABŞ-da keçirilən klublararası dünya çempionatı davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün daha bir qrupda mübarizəyə yekun vurulub.
F qrupu çərçivəsində “Mamelodi Sandauns”la “Fluminense” arasındakı oyunda qapılara qol vurulmayıb. Dortmund “Borussiya”sı isə “Ulsan HD” üzərində qələbəyə sevinib
Bu nəticələrdən sonra “Borussiya” və “Fluminense” pley-offa vəsiqə qazanıblar.
"Mamelodi Sandauns" (CAR) – "Fluminense" 0:0
"Borussiya" (Dortmund, Almaniya) – "Ulsan HD" (Cənubi Koreya) 1:0
Qol: Svensson, 36.
Xallar: Borussiya – 7. Fluminense – 5. Mamelodi Sandauns – 4. Ulsan HD – 0