"Kəpəz"də baş məşqçi QALMAQALI BÖYÜYÜR - BU DƏFƏ...

17 Avqust 2022 22:20 Premyerliqa 2 054
"Kəpəz"də baş məşqçi QALMAQALI BÖYÜYÜR - BU DƏFƏ...

"Kəpəz" Premyer Liqanın ikinci turunu "Neftçi"yə məğlubiyyətlə başa vurdu - 2:5.

Qonaqların ilk 15 dəqiqədə artıq 3 qol buraxması onların fanatlarının səbr kasasını yenidən daşırmış oldu.

Bunun nəticəsi olaraq onlar qarşılaşmanın sonrakı dəqiqələrində davamlı olaraq baş məşqçi Yaşar Vahabzadəni istefaya səslədilər.

Tələbə məhəl qoymayan təcrübəli mütəxəssis mətbuat konfransında da "Azarkeşlərin şuarı normaldı" cavabı verməklə kifayətləndi.

Amma qəzəbli fanatlar tribunadakı "Yaşar istefa" şuarı ilə kifayətlənməyərək matçdan sonra baş məşqçinin önünü kəsərək ondan "Kəpəz"i tərk etməsini tələb ediblər.

Sportinfo.az-ın əməkdaşınında yaxından izlədiyi prosesin davamında Yaşar bəy fanatlara məhəl qoymaq istəməyərək onlarla kobud dildə danışmağa başlayıb. Özündən daha da çıxan "Xəmsə" üzvlərinin baş məşqçi ilə əlbəayağa olması an məsələsi olub. Əgər yaxınlıqda olan digər klub əməkdaşları vaxtında müdaxilə etməsəymiş...

Vəziyyətin nəzarətdən çıxdığını görən Yaşar Vahabzadə bir xeyli yumşalıb. Və azarkeşlərlə mülayim tonda danışaraq qarşıdakı turlarda istefa verəcəyi ilə bağlı vəd verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu