"Qarabağ" haqda bunu açıq demək lazımdır ki…"

16 Yanvar 2021 19:20 Premyerliqa 946
"Qarabağ" haqda bunu açıq demək lazımdır ki…"

"Arxadan qalan 13 tur bütün klublarımızda eniş hiss olundu.

Birinci yerdə "Qarabağ"la bərabər hətta "Sumqayıt", "Zirə", "Neftçi" də oldu. Tam stabil çıxış edəni olmadı, bu da başadüşüləndir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis son çempionun hazırda lider olmamasını belə dəyərləndirib: "Qarabağ" hər iki cəbhədə mübarizə aparırdı. Ona görə də onlara ağır idi.

Bu səbəbdən də hər il qış fasiləsindən sonra daha da mükəmməl oynayırlar. İndi də belə bir çıxışı gözləyirik. Oradakı oyunçuların səviyyəsi, təcrübəsi digərlərindən üstündür. Bunu açıq demək lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi