"Qazanmaq istəyirsənsə, güclü rəqiblərlə oynamağa hazır olmalısan"

1 Avqust 2024 04:00 Paris-2024 1 145
"Qazanmaq istəyirsənsə, güclü rəqiblərlə oynamağa hazır olmalısan"

"Olimpiadada uğur qazanmaq istəyirsənsə, güclü rəqiblərlə oynamağa hazır olmalısan".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo deyib.

O, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı çıxışı barədə danışıb:

“Ardıcıl olaraq ikinci olimpiadada hazırda "top-3"də qərarlaşan Antonsen kimi güclü badmintonçu ilə qarşılaşdım.

İstər-istəməz həyəcan var idi. İlk setdə bu baxımdan çətin oldu. İkinci setdə isə daha yaxşı çıxış etdim.

Lakin rəqibin təcrübəsi daha çoxdur. Püşkdən şikayətlənə bilmərəm. Olimpiadada uğur qazanmaq istəyirsənsə, bu səviyyədə rəqiblərlə oynamağa hazır olmalısan".

İdmançımız E qrupundakı sonuncu matçında danimarkalı Anders Antonsenlə qarşılaşıb və 0:2 (12:21, 14:21) hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var