COP29

Azərbaycan Paris-2024-də daha bir medal qazandı

11 Avqust 19:25 Paris-2024 447
Azərbaycan Paris-2024-də daha bir medal qazandı

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov (97 kq) bürünc medal uğrunda döyüşə çıxıb.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz Ukrayna idmançısı Murazi Mçelidze ilə üz-üzə gəlib. 10:0 hesablı qələbə qazanan Maqomedov bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan Olimpiadanı 2 qızıl, 2 gümüş və 3 bürünc mükafatla başa vurub. Bundan əvvəl cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.

Taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıb.

Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıblar.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 21:00 Tualet olayına REAKSİYA
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
12 Sentyabr 11:20 Bir-bir…
12 Sentyabr 05:30 Uill Smit Azərbaycanda!