Olimpiadada medal ümidi puç oldu - Əliabbas Rzazadənin

9 Avqust 2024 04:10 Paris-2024 1 079
Olimpiadada medal ümidi puç oldu - Əliabbas Rzazadənin

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.

Sportinfo.az xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan idmançımızın 1/8 finalda məğlub olduğu rəqibi – Özbəkistan təmsilçisi Qulomjon Abdullayev finala vəsiqə qazana bilməyib.

Abdullayevin finala gedən yolda ABŞ güləşçisinə uduzması Əliabbasın təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.

Olimpiada avqustun 11-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!