"Hiss edilir ki, Terim “Neftçi”yə yuxarıdan aşağı baxmır"

17 Sentyabr 2020 17:20 Neftçi 711
"Hiss edilir ki, Terim “Neftçi”yə yuxarıdan aşağı baxmır"

"Kağız üzərində favorit “Qalatasaray” olsa da, “Neftçi” rəqibin ad və nüfuzundan çəkinməməlidir".

Sportinfo.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında futbol eksperti Aydın Bağırov Avropa Liqasının II təsnifat mərhələsində bu axşam keçiriləcək “Neftçi”-“Qalatasaray” matçı haqda danışarkən deyib.

A.Bağırov bildirib ki, İstanbul təmsilçisi həm təcrübəsinə, həm büdcəsinə, həm də futbolçularının səviyyəsinə görə “Neftçi”ni xeyli üstələyir:

“Ümumiyyətlə, Azərbaycanda bu oyuna maraq böyükdür. Çünki ölkəmizdə “Qalatasaray”a yaxın keçmişdəki uğurlarına görə sevgi var”.

A.Bağırov deyib ki, rəqibin baş məşqçisi Fatih Terim “Neftçi” ilə matça çox ciddi yanaşır: “Hiss edilir ki, “Neftçi”ni dərindən təhlil edib və rəqibə yuxarıdan aşağı baxmır.

Bu mərhələnin iki deyil, bir matçdan ibarət olması səbəbindən hər iki komandanın oyuna daha məsuliyyətlə yanaşdığı şübhə doğurmur. “Neftçi” rəqibindən çəkinməməlidir. Fikrimcə, maraqlı oyun olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI