"Neftçi"nin eks vitse-prezidenti: "Çempionluq haqda düşünmək doğru olmaz"

17 Mart 2020 21:20 Neftçi 780
"Neftçi"nin eks vitse-prezidenti: "Çempionluq haqda düşünmək doğru olmaz"

Koronavirus pandemiyasına görə, Azərbaycan Premyer Liqasının 1 ay müddətinə dayandırılmasını xəbər vermişdik.

Artıq hər keçən gün pandemiyanın sürətlə yayılması, çempionatın başa çatdırılma ehtimalını azaldır.

Əgər bu ehtimal baş tutarsa, hazırkı turnir cədvəlinə görə, "Qarabağ"ın çempion elan olunması gözlənilir.

"Neftçi"nin keçmiş vitse-prezidenti Tahir Süleymanov Sportinfo.az-a hazırkı durum və ehtimallarla bağlı bunları deyib:

"Dünyanı bürüyən virus piyadalıq eləmir, adına uyğun əsl şahlıq iddiasındadır. İnkişaf etmiş böyük ölkələr aciz qalıb. Çin öz yerində,.Avropa, futbol dili ilə desək, "5-lik ölkələri" çöküb artıq, bütün qitə iflic vəziyyətindədir.

Son 30 il idi bəşər aləmi belə hal görmürdü. Ümumiyyətlə müasir dövrdə planetimiz belə bir virusla qarşılaşmamışdı. Nəinki futbol, ölkələr çıxılmaz duruma düşüb. Bu hal bir daha sübut edir ki, sivilizasiya heç də təhlükəsiz deyil.

İndiki halda futbol, çempionluq haqda düşünmək də doğru olmaz. İnsanlar can hayındadır, dünyasını dəyişənlər minlərlədir.

Karantinlər elan edilir, əhalinin evlərdən çıxmaması tələb kimi qoyulur. Tək futbol deyil, digər idman növlərində də çıxılmaz anlar yaşanır.

"Qarabağ" onsuz da ilk turlardan böyük ölçüdə növbəti çempionluğunu təmin edib. 8 xallıq fərqlə finişə birinci yetişməməsi inandırıcı görünmür.

Seytnut halı yaşansa da, idman prinsipləri pozulmamalıdır. İndiki halda isə bir yarış, bir rəqabət, bir qlobal problem var, dünyada liderliyi ələ alan koronavirusu taxtdan salmaq, məğlub etmək.

Qələbə qazanılmayacaqsa, nəinki futbol, dünya düzəni, insanların ayaqda qalması, iqtisadiyyat sual altındadır. İlk olaraq bunlar həll edilməlidir, sonra futbol da öz axarı ilə nizamlanar"..

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı