Səlahət "Neftçi"ni qarışdırdı, baş məşqçinin üzərinə yeridi!

28 Fevral 2020 13:26 Neftçi 1 609
Səlahət "Neftçi"ni qarışdırdı, baş məşqçinin üzərinə yeridi!

Səlahət Ağayev Premyer Liqanın son 3 turunda meydaqa çıxmayıb.

Onun «kitabı» yeni ildən sonrakı ilk matçına görə bağlanıb.

«Sumqayıt»la evdə 1:1 bitən qarşılaşmada səhvləriylə yadda qalan qapıçı «çərçivə»dəki yerini Aqil Məmmədova verməli olub. «1 nömrə» statusunu itirən Ağayev, gözlənildiyi kimi, buna dözümsüz yanaşıb.

Sportinfo.az-ın məlumatına görə, Səlahət ehtiyatda qalmasını klub rəhbərliyi və Füzuli Məmmədov üçün ciddi problemə çevirib. O, rəsmilərlə baş məşqçini bir-birlərinə vurub, haqsızlığa məruz qalmasını iddia edlb.

Millidə də yerini itirmiş Ağayev Məmmədova sərt sözlər deyib, onu tapşırıqla hərəkət eləməkdə suçlayıb. Bildirib ki, bu, aldığı maaşla əlaqədapdır.

Belə ki, Səlahət məvacibinin 27500 manatdan aşağı çəkilməsi üçün belə bir qərarın verildiyini deyib. Lakin o, heç bir halda əsas heyətdəki yerini qaytarmaq üçün əməkhaqqının azaldılmasına razı olmayacağını söyləyib.

Yaranmış vəziyyətə aydınlıq gətirmək üçün əməkdaşımız Səlahətlə əlaqə saxlamağa çalışıb, gəlib ki, vitse-prezident telefon zənglərinə cavab verməyib.

Digər Xəbərlər
Xəbər Lenti