Samir Abasov daha bir tanışını “Neftçi”yə qaytarmaq istəyir

8 Noyabr 2024 13:00 Neftçi 4 231
Samir Abasov daha bir tanışını “Neftçi”yə qaytarmaq istəyir

Millinin müdafiəçisi Elvin Bədəlov 6 ildən sonra «Neftçi»yə dönə bilər.

Samir Abasov onu da «Sumqayıt»dan öz yanına aparmağı planlaşdırır.

Beş ildir «kimfaçılar»ın şərəfini qoruyan arxa xətt oyunçusunun hazırkı klubu ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.

Bunu bilən Abasov ona ağ-qara formanı geyinməyi məsləhət görüb. Keçidin qış fasiləsində, yoxsa mövsümün sonunda gerçəkləşəcəyi isə hələ dəqiqləşməyib.

Bədəlov Abasovun «Sumqayıt»dan «Neftçi»yə aparmaq istədiyi dördüncü futbolçudur.

Mütəxəssis həmçinin Roi Kehat, Mehdi Cənnətov və Səbuhi Abdullazadəni yenidən öz sərəncamında görməkdə maraqlıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş