“Neftçi” baş məşqçisini dəyişmək istəyir, yoxsa..? - YENİ MÜHÜM XƏBƏR

14:00 Neftçi 240
“Neftçi” baş məşqçisini dəyişmək istəyir, yoxsa..? - YENİ MÜHÜM XƏBƏR

Ötən ilin dekabrında «Neftçi»nin sükanı arxasına əyləşən Yuri Vernidubun gələn mövsümü də Azərbaycanda keçirmək ehtimalı böyükdür.

Bu barədə klubdan Sportinfo.az-a məlumat verilib.

Bildirilib ki, rəhbərlik səviyyəsində baş məşqçi ilə danışıqlar öz axarıyla davam edir.

Ukraynalının reaksiyası əladır - bakılıların onunla yola davam etmək istəməsindən məmnundur. Sadəcə, Vernidub bu məsələyə mayda nöqtə qoymaq istəyir.

Çünki 59 yaşlı çalışdırıcının bura gələrkə yönətimə verdiyi bir söz var - mən komandanı Konfrans Liqasına aparacam.

Təcrübəli mütəxəssis ümid edir ki, vaxtı çatanda, vədini yerinə yetirə biləcək. Bu, olmasa belə, «ağ-qaralar»ın başbilənləri görəvə başqa birini gətirməyə hazırlaşmır.

Vernidubun işinə həvəslə yanaşması, futbolçularla gözəl münasibət qurması, gecə-gündüz, səhər-axşam bilmədən bazada qalıb işləməsi rəhbərlikdə böyük ümidlər yaradıb.

Ki, o, fəaliyyətini sürdürsə, növbəti mövsümdə yaxşı nəticələr qazanmaq mümkün olacaq. Üstəlik, oyunçulardan çalışdırıcıya aid müsbət siqnallar alıblar. Bir sözlə, düşərgədə kim varsa, hamısı ondan razıdır.

Vernidub «Neftçi» ilə 6 aylıq+1 illik müqavilə imzalayıb. Razılaşmaya görə, paytaxt təmsilçisi hazırkı çalışdırıcısına 25 min dollar aylıq əməkhaqqı ödəyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti