Vernidub Mahmudovun “Neftçi”də qalmasını istəyirmi?

21:00 Neftçi 317
Vernidub Mahmudovun “Neftçi”də qalmasını istəyirmi?

Yuri Vernidub Emin Mahmudovun «Neftçi»də qalmasını istəyir.

O, bu barədə klub funksionerlərinə öz mövqeyini çatdırıb. B

ildirib ki, gələn mövsümü də burada keçirərsə, adıçəkilən yarımmüdafiəçi ilə yeni müqavilə imzalanmasını tələb edəcək.

Ukraynalı çalışdırıcı deyib ki, 34 yaşlı kapitan komandanın ən yaxşısıdır. Necə deyərlər, sabiq «Şerif»li bu qənaətdədir ki, hazırda düşərgədə ondan güclü oyunçu yoxdur.

Vernidub söyləyib ki, Eminə fərdi münasibət göstərmək lazımdır, çünki o, xaraktercə fərqli biridir, çox həssasdır.

Təcrübəli mütəxəssis qeyd edib ki, Mahmudov son vaxtlar əla formadadır və kontraktı uzadılarsa, bundan da üst səviyyədə performans sərgiləyəcək.

2017-ci ildən ağ-qara formanı geyinən yarımmüdafiəçi klub rəhbərliyindən sözləşməni yeniləməklə bağlı hələ təklif almayıb.

Onun mövcud sözləşməsi isə bu ilin yayınadək qüvvədədir.

Premer Liqanın cari mövsümündə 7 qol vuran kapitanın gələcək aqibəti iki amildən asılı olacaq: komanda avrokuboklara vəsiqə qazanarsa və o, mövcud müqavilə şərtlərində kifayət qədər güzəştə gedərsə.

Mahmudov hazırda «Neftçi»nin ən ödənişli futbolçusudur. Sonuncu dəfə 2023-cü ilin yayında 3 illik müqaviləyə imza atmış orta sahə oyunçusunun bir mövsümdə qazandığı pul 650 min dollardan çoxdur.

Ötən müddətdə ondan maaşının azaldılmasına razılıq verilməsi istənilib, özü də dəfələrlə. Di gəl, Emin buna razılaşmayıb.

Bu dəfə necə olacaq? Yaşayırıq və görərik…

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti