“Neftçi”nin baş məşqçisi imtina etdi - Mənim ona ehtiyacım yoxdur

13:00 Neftçi 619
“Neftçi”nin baş məşqçisi imtina etdi - Mənim ona ehtiyacım yoxdur

«Neftçi»nin baş məşqçisi Yuri Vernidub özünə yeni köməkçi götürmək istəməyib.

Klub rəhbərliyi ilə görüşən çalışdırıcı indiki mərhələdə nə yerli, nə də əcnəbi yardımçıya ehtiyacının olduğunu bildirib.

Təcrübəli mütəxəssis qeyd edib ki, qarşıdakı 4 ayda, yəni, mövsümün sonunadək hazırkı korpusu ilə işləyəcək.

59 yaşlı sükançı U-19 yığmasından ayrılan Elxan Abdullayevin xidmətindən bu səbəbdən imtina etdiyini deyən Vernidub bir təklif də irəli sürüb.

«Mənə yeni köməkçi lazım deyil, amma kluba lazımdırsa, bura başqa məşqçilər gətirə bilərsiz.

Onların seleksiya işi və analitika ilə məşğul olmasına heç bir etirazım yoxdur. Kimi gəlirsə gəlsin, təki ümumi fəaliyyətimizə fayda versin» - o, söyləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 20:00 Çək və bizə göndər!