Vernidub “Neftçi”də daha bir yenilik etdi: “Kimdə nə səhv görsəm...”

11:40 Neftçi 307
Vernidub “Neftçi”də daha bir yenilik etdi: “Kimdə nə səhv görsəm...”

«Neftçi»nin baş məşqçisi Yuri Vernidub yenilik gətirib.

Ölkəmizdə üçüncü ayını keçirən ukraynalı mütəxəssis iş proqramını dəyişdirib.

O, futbolçularla söhbətində bildirib ki, bundan sonra bütün oyunların analizini kollektiv surətdə aparacaq və yalnız səhvlər üzərində dayanmayacaq.

«Biz yalnız neqativ barədə fikirləşməməliyik. Pozitiv olmalıyıq və onu görməliyik.

Oyun vaxtı yol verdiyimz səhvləri bilməli və onları aradan qaldırmalıyıq. Eyni zamanda, yaxşı məqamlar üzərində dayanmalıyıq.

Hansı epizodda düzgün qərarlar verdiyimizi də söyləməliyik. Ancaq pis şeylər haqda danışsaq, hamımız tez ruhdan düşəcəyik.

Mən isə qətiyyən bunu istəmirəm. Çünki bizi qarşıda bir-birindən çətin oyunlar gözləyir.

Avrokuboklara vəsiqə qazanmalıyıq və başa düşməliyik ki, məqsədə çatmaq üçün bizə nə lazımdır. Gərək pozitiv nüanslara ciddi önəm verək ki, hər şey bizim üçün yaxşı olsun.

Müsbət gördüyüm şeyləri hamının içində deyəcəm. Neqativləri isə komanda içində açıqlamayacam.

Kimdə nə səhv görsəm, otağıma çağırıb, üzünə söyləyəcəm. İstəmərəm ki, bir-birinizin yanında özünü piss hiss edəsiz» - təcrübəli sükançı mövqeyini bu cür çatdırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti