«Neftçi»nin baş məşqçisi Yuri Vernidub köməkçilərinə yeni tapşırıq verib.
Dekabrın 9-da sükan arxasına keçən çalışdırıcı Premyer Liqada çıxış edən 11 komandayla bağlı hərtərəfli hesabatın hazırlanmasını istəyib.
Onun göstərişinə əsasən, elitanın digər iştirakçılarının hər birinin heyəti, oyun üslübu, baş məşqçilərinin taktiki yanaşmaları öyrənilməlidir.
Ukraynalı mütəxəssis həmçinin onların hər bir futbolçusunun mənfi və müsbət cəhətlərinin araşdırılmasını tələb eləyib.
Vernidubun tapşırığına riayət edən yardımçıları gün ərzində 5 saatı sırf bu işə ayırıb. Raportların ayrı-ayrılıqda hazırlanmasına başlanılıb.
Onun fikrincə, rəqiblərin öyrənilməsi ən vacib məsələlərdən biridir. Çünki hər bir komandaya qarşı ona uyğun taktika seçmək zəruridir.
59 yaşlı məşqçi mövcud heyətin ondan əvvəl formalaşdırılmasına diqqət çəkərək, dominant futbol numayiş etdirməyin riskli ola biləcəyini düşünür.
SPORTİNFO.AZ

