COP29

“Neftçi”də SON NÖQTƏ: “Mövsümün sonuna qədər buradayam”

8 Dekabr 2024 12:20 Neftçi 2 816
“Neftçi”də SON NÖQTƏ: “Mövsümün sonuna qədər buradayam”

“Klubla gələn ilin yayına qədər müqaviləm var.

İndiki vəziyyətdə buna hörmət etmək məcburiyyətindəyəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin legioneri Mark Tamaş deyib.

Macarıstanlı müdafiəçi cari mövsümdə ötən “futbol ili” ilə müqayisədə lazımınca şans qazanmır.

Yaranmış vəziyyətin səbəbkarı qane etmədiyini nəzərə alsaq, Tamaşın qış fasiləsində “Neftçi”ni tərk edəcəyi, hətta indidən agentinə ona yeni iş yeri axtarmasını tapşırması iddia olunur.

Tamaş ayrılıq barədə düşünmədiyini bildirsə də, əsas heyətdə yer almaq istədiyini gizlətməyib:

“Peşəkaram, ona görə də mövsümün sonuna qədər buradayam. Görək, nə qədər şans qazanacağam.

Əsas odur ki, oynamaq istəyirəm və bunun üçün əlimdən gələni edirəm. Məqsədim yenidən Macarıstan millisinə qayıtmaqdır.

Şans qazanmadıqca belə bir şansım olmayacaq. Müqaviləmin sonuna qədər “Neftçi”də qalmaq istəyirəm.

Bəlkə də növbəti matçlarda şans qazanacağam. Tələsik qərar vermək doğru olmaz. Mövsüm başa çatsın, ondan sonra birlikdə qərar verərik”.

Mark Tamaş cari mövsümdə ağ-qara formada Premyer Liqada 4 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Azərbaycan kubokunda isə 1 matçda şans qazanıb.

Ötən mövsümdə çempionatda 24 oyunun iştirakçısı olmaqla 2 assist etmişdi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti