“NEFTÇİ”: Samir Abasov derbi öncəsi QADAĞA QOYDU!

30 Noyabr 2024 21:00 Neftçi 2 987
“NEFTÇİ”: Samir Abasov derbi öncəsi QADAĞA QOYDU!

Premyer Liqanın 15-ci turu tarixi derbi ilə yadda qalacaq.

"Neftçi" doğma meydanda son çempion "Qarabağ"ı qəbul edəcək.

Samir Abasovun gəlişindən sonra tədricən özünə gələn "ağ qaralar" matça ciddi hazırlaşır.

Təcrübəli mütəxəssis bu məqsədlə mətbuatla əlaqə qurmağa qadağa qoyub.

Hətta "Neftçi TV"nin belə oyundan öncəki son məşqdən görüntülər paylaşması, açıqlamalar alması mümkün olmayacaq.

Abasovun addımında məqsəd hər kəsin fikirini "köhlən atlar"la matça cəmləməsinə hesablanıb.

Xatırladaq ki, dekabrın 1-i "Neftçi Arena"da baş tutacaq görüşün start fiti 19:00-da veriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş